Futbol
- 24 sentyabr, 2025
- 19:30

İngiltərə təmsilçisi “Liverpul”un müdafiəçisi Covanni Leoni ciddi zədə alıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, çarpaz bağlarını qopan 18 yaşlı futbolçu bir neçə ay yaşıl meydanlardan kənar qalacaq.
O, İngiltərə Liqa Kubokunun III turunda “Sauthempton”la debüt (1:2) matçında zədələnib.
Qeyd edək ki, Covanni Leoni “Liverpul”a bu yay “Parma”dan (İtaliya) 35 milyon avroya keçib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


