
Robert Fico
Oktyabrın 17-də Slovakiya və Ukrayna hökumətlərinin birgə iclası keçiriləcək və onun ölkənin şərqindəki Mixalovtse şəhərində keçirilməsi təklif olunur.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
“Oktyabrın 17-də Slovakiya və Ukrayna hökumətlərinin birgə iclası keçiriləcək” , – o deyib.
Fitsonun sözlərinə görə, tərəflər müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinə diqqət yetirəcəklər.
Baş nazir görüşün daha əvvəl oktyabrın 20-də Slovakiya ərazisində keçirilməli olduğunu xatırladıb. Buna görə də Fitso dördüncü birgə görüşün Ukrayna ilə sərhədə yaxın yerləşən şəhərdə keçirilməsini təklif edir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


