
Bakı. Trend:
Cari ilin ilk altı ayında Qırğızıstandan olan fiziki şəxslərin
Azərbaycana həyata keçirdiyi pul köçürmələrinin həcmi 1,7 milyon
ABŞ dolları təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 387
min dollar və ya 30 faiz çoxdur.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən ölkə xaricindən Azərbaycana edilmiş pul
köçürmələrinin ümumi həcmində Qırğızıstandan köçürmələrin payı 0,3
faiz təşkil edir.
2024-cü ilin ilk yarısında fiziki şəxslər tərəfindən
Qırğızıstandan Azərbaycana edilmiş pul köçürmlərinin həcmi 1,3
milyon dollar təşkil edib.
Ümumilikdə isə 2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan
xaricə göndərilən pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ
dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2 faiz azdır.


