
Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil
müəssisələrində laborant vəzifəsinə işə qəbul müsahibəsi
başlayır.
Trend
xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, 24 sentyabr 2025-ci il tarixindən start veriləcək
müsahibə mərhələli şəkildə həyata keçiriləcək.
İlkin mərhələdə qeyd edilən vəzifə üzrə ixtisası, təhsil
səviyyəsi, həmin sahədə iş təcrübəsi, şəhid və müharibə veteranı
ailə üzvü olması nəzərə alınmaqla seçilmiş namizədlər müsahibəyə
dəvət edilib.
Müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat
namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə
göndərilib.
Müsahibə zamanı namizədlərin bilik və peşəkar keyfiyyətləri
müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.
Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdan keçdikləri
mobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək.
Uğur qazanmış namizədlərin yerləşdirilməsi aşağıdakı meyarların
ardıcıllığına uyğun həyata keçiriləcək:
– Şəhid və müharibə veteranı ailə üzvləri
– Müvafiq vəzifəyə uyğun ixtisas (ali, orta ixtisas)
– Təhsil səviyyəsi
– Pedaqoji və laboratoriya sahəsində iş stajının olması.
Uğurla keçən, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr bazası
siyahısına daxil ediləcək. Ehtiyat kadr bazasına daxil olan
şəxslərin vakant vəzifəyə yerləşdirilməsi iki il ərzində həyata
keçirilə bilər.


