IFC Türkiyədə ev heyvanları üçün quru yem istehsalının genişləndirilməsinə investisiya qoyur

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Türkiyənin ikinci ən
böyük ev heyvanları üçün quru yem istehsalçısı olan “Çağatay Evcil
Hayvan Mamaları ve Yem Ürünleri San. ve Tic. A.Ş. (Çağatay Pet
Food)”şirkətinə kapital yatırımı etdiyini açıqlayıb.

Trend bu barədə
IFC istinadən xəbər verir.




Bu investisiyalar şirkətin fəaliyyətini genişləndirməyə, birbaşa
satış platformasını gücləndirməyə və heyvan qidaları sektorunda və
əlavə dəyər zənciri boyunca yeni iş yerlərinin yaradılmasına kömək
edəcək.

Bildirilib ki, IFC-nin şirkətə kapital yatırımı, “Turkey Growth
Fund IV” (Türkiyədə aparıcı özəl investisiya məsləhət firması
Turkven tərəfindən idarə olunur) və Avropa Yenidənqurma və İnkişaf
Bankı (EBRD) ilə birlikdə yeni müasir zavodun qurulmasına imkan
verəcək. Bu zavod şirkətin istehsal gücünü üç dəfə artıracaq və ev
heyvanları qidaları sektorunda rəqabət qabiliyyətini
yüksəldəcək.