
Bakı. Trend:
MATE Universiteti Azərbaycanda filial açmaqda maraqlıdır.
Trend xəbər
verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov
bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunun ikinci günündə bildirib.
Onun sözlərinə görə, qlobal investorların və tərəfdaşların maraq
göstərdiyi digər bir sahə isə Azərbaycanda mövcud insan
kapitalıdır: “Biz təhsilə böyük investisiyalar qoyuruq. Məsələn,
İtaliyadakı universitetlə strateji tərəfdaşlıq əsasında yeni ali
təhsil müəssisəsi açılıb. Bundan başqa, Macarıstanın MATE
Universiteti Azərbaycanda filial açmaqda maraqlıdır”.
“Strateji tərəfdaşlıqlar inkişafda əsas rol oynayır və biz
inanırıq ki, məhz bu tərəfdaşlıqlar vasitəsilə Azərbaycan
investisiyalara cəlb olunacaq”, – deyə nazir vurğulayıb.


