Cəzaçəkmə müəssisəsinə qadağan olunan əşyaların keçirilməsinin qarşısı alınıb

Baş səhifə

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının
əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə
müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı
alınıb.

Nazirlikdən Trend-ə verilən məlıumata görə, məhkuma tanışı
tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik
vedrənin içərisində xüsusi üsulla gizlədilmiş 5 ədəd mobil telefon
aparatı, 3 ədəd elektrik qidalandırıcı, 1 ədəd qulaqcıq və 1 ədəd
bıçaq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.




“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya
ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha
vətəndaşların diqqətinə çatdırılır”, – deyə məlumatda qeyd
edilib.

Xəbər yenilənəcək