Antarktida buzlaqlarının altında 85 yeni göl kəşf olunub

Baş səhifə

Bakı. Trend:

Antarktida buzlaqlarının dərinliklərində alimlər 85 yeni gizli
göl aşkarlayıblar. Bununla da qitədə məlum olan aktiv göllərin sayı
231-ə çatıb.

Trend xəbər verir
ki, bu barədə PHYS.org məlumat yayıb. Bildirilib ki, kəşf Avropa
Kosmik Agentliyinin “CryoSat” peykindən 10 il ərzində toplanmış
məlumatlar əsasında mümkün olub.

Alimlər buzlaqların qalxıb-enmə hərəkətlərini izləyərək göllərin
dolub-boşalma proseslərini müşahidə ediblər.




Tədqiqat nəticələri göstərib ki, Antarktidanın su sistemi
əvvəllər güman olunandan daha dinamikdir. Bu göllərin fəaliyyəti
buzlaqların hərəkətinə, okean dövriyyəsinə və hətta dünya okeanının
səviyyəsinə təsir göstərə bilər.

Mütəxəssislər qeyd edirlər ki, belə müşahidələr iqlim
modellərində buzlaqların gələcək sabitliyini proqnozlaşdırmaq üçün
mühüm əhəmiyyət daşıyır.