İranın ali rəhbəri: “Düşmən qorxduğunuzu hiss edərsə, əl çəkməz”

Dünya

İranın ali rəhbəri Əli Xamenei “X” sosial şəbəkəsində bir sıra postlar paylaşaraq regionda mövcud olan gərginliyi şərh edib.

”Resmixeber.az” xəbər verir ki, o, ABŞ-nin bölgədəki hadisələrə reaksiyasını İsrailin zəifliyinin əlaməti kimi qiymətləndirib:

“İsrailin amerikalı dostlarının işə qarışıb belə bəyanatlar verməsi bu rejimin zəifliyinin və bacarıqsızlığının göstəricisidir”.

Xamenei İran xalqına müraciətində isə səbr və möhkəmlik çağırışı edib:

“Əgər düşmən qorxduğunuzu hiss edərsə, sizdən əl çəkməz. İndiyədək nümayiş etdirdiyiniz davranışı davam etdirin; onu daha da gücləndirin. Həqiqətən, qələbə yalnız Uca, Hikmət Sahibi Allahdandır (Quran, 3:126). Aləmlərin Rəbbi mütləq İran xalqına, haqqa və haqqın tərəfdarlarına qələbə nəsib edəcək”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir