2025-ci il Ukrayna üçün hərbi yardım baxımından rekord il olacaq”.
Resmixeber.az,Globalinfo.az -a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Rustem Umerov deyib.
O, NATO-nun Brüsseldəki mənzil-qərargahında apardığı danışıqlardan sonra bunları qeyd edib:
“Mühüm nəticələrimiz var. Bu il təhlükəsizlik yardımı əvvəlki müharibə illərinin rəqəmlərini ötəcək. Kiyevin müttəfiqləri yeni yardım paketləri elan ediblər. O cümlədən, Almaniya əlavə olaraq Kiyevə 5 milyard avro, Belçikaya 1 milyard avro, Norveçə 700 milyon avro, İsveçə 440 milyon avro, Hollandiyaya 400 milyon avro və Kanadaya 45 milyon dollar ayıracaq”.
Günay Rəsulqızı

