
“Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin yarımfinalında Azərbaycan 7 xalla sonuncu olub.
Resmixeber.az xəbər verir ki, ölkəmizə San-Marino xal verib. Bununla da Azərbaycan ümumi səslərə görə sonuncu olub.
Qeyd edək ki, bu il ölkəmizi yarışmada “Mamagama” qrupu “Run with you” mahnısı ilə təmsil edib.
Yarışmanın qalibi isə 436 xalla Avstriya olub. Őlkəsini “JJ” ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə təmsil edib.


