Toylarla bağlı yeni qadağa – Bundan sonra…

Cəmiyyət ölkə

Müğənni Kərimin fonoqramla oxuduğuna görə döyülməsi bizdə də bu qadağanın tətbiqini gündəmə gətirib

Müğənni Kərimin toy zamanı döyülməsi toylarda fonoqramla oxumaq mövzusunu aktuallaşdırıb. Bir sıra məşhurlar bu mövzu ətrafında müzakirələr açıblar.

“Ötən gün toyda idim. Orada çıxış edən bəlli bir müğənnilər vardı. Sənətkar dediyimiz xanım ifaçı gəldi, 40 dəqiqə fonoqram oxudu. Ona dayanıb baxdım. Sonra aparıcı xanım gəlib mənə dedi ki, bəy və gəlin səhnədə rəqs edəcəklər. Bəlkə siz də fonoqramınızı verəsiniz, həzin bir mahnı ifa edəsiniz. Cavab verdim ki, yox! Mən toydakı camaatla belə zarafat edə bilmərəm”. Bu sözləri bugünlərdə Əməkdar artist Nigar Şabanova deyib.

Manaf Ağayev də toyda fonoqramla oxuyanları zamanında tənqid edib.

“Görürsən ki, ansambl olmadan müğənni yarım saat mahnı oxuyur. Həmin müğənni yarım saat gəlir, fonoqramını qoyur, oxuyur, pulunu alır, çıxır gedir. Fonoqram oxuyanlar canlı oxuyanlardan daha çox toya gedir”. Sənətçi toylarda fonoqram oxuyan həmkarlarını hədəf alıb.Müğənni Nadir Qafarzadə isə hesab edir ki, beş saat toy ərzində hətta bir yox, beş mahnı da fonoqram oxumaq olar:  “Yarım saatlıq toya gələnlər onsuz da fonoqram oxuyurlar. Bilmirəm, təbii haldır, ya yox, axır ki, məsələ belədir. Bütün toyu idarə edən müğənni bir mahnı fonoqram oxuyubsa, bununla nə olacaq, dünya dağılacaq ki? Hə, oxuyub, oxuyub da. Buna görə adamı döymürlər, xəsarət yetirmirlər. Ən azından, xəbərdarlıq edirlər. Yəni bunu daha mədəni formada etmək olar. Hər halda, sivil bir dövlətdə yaşayırıq, Avropaya inteqrasiya etmişik. Müğənni toyda elə mahnını fonoqram oxuyur ki, musiqiçilər onu müşayiət edə bilmirlər. Çünki o mahnı studiyada aranjiman olunub. Artıq tamaşaçı həmin mahnını efirdən, radiodan bu cür eşidib deyə, müğənni fonoqram oxumağa məcburdur ki, eyni effekt alınsın, gələcəkdə toyun diskinə baxanda daha keyfiyyətli səslənsin. Burada qəbahət bir şey yoxdur. Beş saat toy ərzində hətta bir yox, beş mahnı da fonoqram oxumaq olar, heç nə olmaz. Onsuz da bu adam canlı oxuyur. Canlı ifa edə bilən müğənninin bir-iki fonoqram oxuması bağışlanandır”.

Beləliklə, Azərbaycanda müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumağın qadağan edilməsi məsələsi yenidən gündəmə gəlib. Bildirilir ki, əsl sənətkarları saxta müğənnilərdən ayırmaq üçün fonoqram qadağan edilməli və bununla bağlı rəsmən qərar verilməlidir.

Qeyd edək ki, məsələn, Qırğızıstanda 2023-cü ildən müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumaq qadağan olunub. Bununla bağlı ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov əmr imzalayıb. Əmrə əsasən, müğənnilərə teatr, muzey, kinoteatr, klub, kitabxana və idman müəssisələrinin ərazilərində fonoqram mahnı oxumaq qadağan edilib. Məlumata görə, qayda pozuntusuna görə məsuliyyəti tədbiri təşkil edən məkanın rəhbərliyi daşıyacaq.

Bəs Azərbaycanda da bu qadağa tətbiq oluna bilərmi, ehtiyac varmı?sənətçilərin öz ansamblı, səs rejissoru, avadanlığı ilə gəlməsi və yaxud əksinə, tək gəlib fonoqram oxuması mütləq  qeyd olunmalıdır. Yazılı müqavilədə həm də o qeyd edilməlidir ki, əgər bu müqavilədə göstərilən şərtlər pozularsa, sənətçini pul cəzası və yaxud qanunvericiliyin imkan verdiyi inzibati məsuliyyət gözləyir. Amma hansısa sənətçinin fonoqram oxumasına görə döyülməsi, mübahisə edilməsi, təhqir olunması qeyri-etikdir, mədəniyyətsizlikdir. Əgər müğənni toya dəvət olunubsa, ona hörmət edilməlidir. Çünki müğənni ilk növbədə həmin toyun xüsusi qonağıdır, o, sıravi qonaq deyil. Hətta narazılıq yaranasa belə, onu toydan  sonra ayırd etmək olar. Yoxsa qoçu kimi toyda dava salmaq, müğənni döymək həm həmin toyun aurasını pis şəkildə korlayır, həm də toy sahibini dilə-dişə salır.

Şəxsən mən müğənni Kərimin yerinə olsaydım, heç bir müqavilə, ilkin razılıq olmadığına görə toy sahibi tərəfindən ona olan hücumu məhkəmə yolu ilə ayırd  edərdim və başqalarına nümunə olsun deyə həmin toy sahibinin cəzalandırılmasını tələb edərdim”.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir