Banklar dollarla bağlı bu məhdudiyyəti aradan qaldırdı

İqtisadiyyat

Son vaxtlar bir sıra bankların vətəndaşlara təzə dollar satmaqdan boyun qaçırması ilə bağlı xəbərlər dolaşmaqdadır. Bir çox vətəndaş banka müraciət etdikləri zaman, onlarla bilərəkdən və məcburi formada tədavül tarixi köhnə olan ABŞ dollarları verildiyini iddia edir.

KONKRET.az xəbər verir ki, “Yeni Sabah” olaraq, bir neçə banka yaxınlaşıb yayılan məlumatın doğru olub-olmadığını yoxladıq

İlk öncə “Yapı Kredi” bankın Bakının Nərimanov rayonunda yerləşən filiallarının birinə müraciət etdik. Bank əməkdaşları mübadilə zamanı təzə dolların satışında heç bir məhdudiyyət olmadığını bildirdilər. onlayn aptek

“Kapital Bank”a müraciətimiz zamanı istər köhnə, istərsə də təzə tədavülə buraxılmış dolların satıldığı deyildi. Müşahidəmiz onu göstərdi ki, mübadilə məqsədi ilə banka üz tutan vətəndaşlar üçün dolların təzə və ya köhnə olmasının elə də fərqi yoxdur.

Yaxınlaşdığımız bir digər bank isə “Unibank” oldu. Burada da digər banklarda olduğu kimi, dollar satışı ilə bağlı heç bir çətinlik və ya məhdudiyyət yoxdur. Vətəndaşlar tək şəxsiyyət vəsiqəsini təqdim etməklə, dollar satın ala bilər.

Yaxınlaşdığımız sonuncu bank olan “Expressbank”da da eyni vəziyyət müşahidə olunur. Əməkdaşların sözlərinə görə, il ərzində ümumiyyətlə belə bir məhdudiyyət olmayıb. Vətəndaşlar da müraciət zamanı xüsusi olaraq yeni dollar tələb etmir.

Ümumən qarşılaşdığımız situasiya onu göstərdi ki, hər dörd bankda dolların satışı və alışı ilə bağlı heç bir problem, çətinlik və məhduiyyət yoxdur. Vətəndaş istəyindən asılı olaraq, onlara istər təzə, istərsə də köhnə dollar satılır.

Onu da qeyd edək ki, müraciət etdiyimiz bütün banklarda hər bir vətəndaş üçün illik mübadilə limiti 11 min 700 dollar təşkil edir.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir