İsrail qırıcıları Livanda “Hizbullah” hərəkatının hərbi obyektlərinə və hədəflərinə zərbələr endirib.
Resmixeber.az xəbər verir ki, bu barədə “The Times of İsrael” məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Naqura bölgəsindəki hərbi obyektə zərbə endirilib.
“Həmçinin hədəfdə Blida və Rab-Taliatin yaşayış məntəqələri ərazisindəki hərbi qurğular, eləcə də Hula kəndi ərazisində yerləşən və İsrail ərazisinə yönəlmiş reaktiv yaylım atəşi qurğuları olub”, – məlumatda deyilir.


