Tarixə düşən Olimpiya  çempionuna görün nələr hədiyyə olundu

İdman




Paris Yay Olimpiya Oyunlarında 52 kq çəki dərəcəsində çempion olan Özbəkistan cüdoçusu Diyora Keldiyorova ölkəsində mükafatlandırılıb.

Publika.az xəbər verir ki, onun nailiyyətini nəzərə alaraq Özbəkistan hökuməti Diyoraya səxavətli hədiyyələr təqdim edib.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev qadın idmançını 200 min dollar və “Chevrolet Tahoe” avtomobili ilə mükafatlandırıb.

Paytaxt Daşkənd meri şəhərdə ona dəyəri 80 min dollar olan 3 otaqlı mənzil və 100 min dollar hədiyyə edib.

Təmsil etdiyi Xorəzmdən də ona qiymətli hədiyyələr verib. Şəhər meri Urgençdə 25 min dollar dəyərə malik olan bir otaqlı mənzil və “Chevrolet Malibu 2” avtomobili təqdim edib.

Ona verilən mükafatların ümumi dəyəri 650 min dollardan çox olub.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir