Azərbaycan dili üzrə natiqlik çempionatının yarımfinal mərhələsi yekunlaşıb

Baş səhifə

Azərbaycan dilinin inkişafına töhfə vermək məqsədilə “Nar”ın dəstəyi ilə “Diksiya Akademiyası”nın növbəti dəfə təşkil etdiyi “Ana dilində hekayəni danış” adlı natiqlik çempionatının yarımfinal mərhələsi uğurla yekunlaşıb.

19 nəfərin iştirak etdiyi “Ana dilində hekayəni danış” adlı natiqlik çempionatının yarımfinal mərhələsi boyunca iştirakçılara məzmun seçiminin önəmi, bədən dili və səs istifadəsi, auditoriya ilə bağ yaratmaq və çıxış zamanı yaddaqalan mesaj ötürmək mövzularında hərtərəfli təlimlər keçirilib. Üstün nitq bilikləri sayəsində final mərhələsinə keçən 10 iştirakçı isə səhnədə peşəkar çıxış etmə bacarıqları üzrə dəyərləndirilərək avqustun 1-də keçiriləcək final mərhələsində mükafatlandırılacaq.

“Nar” Azərbaycanın mədəni irsinin qorunması və təbliği üçün ana dilimizin inkişafına yönəlik layihələri fəal şəkildə dəstəkləyir. Bununla yanaşı, gənc nəslə ünsiyyət və özünüifadə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Mobil operatorun korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir