Britaniyalı boksçu ilk peşəkar döyüşünə çıxdı, rinqdə öldü

Dünya




Britaniyalı boksçu Şerif Laval ilk peşəkar döyüşündə rinqdə vəfat edib.

29 yaşlı Laval bazar günü Londonda həmyerlisi Malam Varela ilə altı raundluq döyüşün dördüncü raundunda gicgahına dəyən zərbədən sonra yıxılıb.

Hakim boksçunun vəziyyətinin ciddiliyini anlayaraq dərhal döyüşü dayandırıb.

Həkimlər tərəfindən rinq kənarında ilkin müayinə olunan Laval xəstəxanaya aparılıb və orada öldüyü bildirilib.

Qeyd edək ki, Laval 2018-ci ildən boksla məşğul olub. O, keçən il Britaniya həvəskarlar çempionatında iştirak edib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir