FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını açıqlayıb

Dünya




FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını təqdim edib.

Oxu.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, reytinq siyahısına 1 568 xalla Braziliya millisi başçılıq edir. Portuqaliya 1 527 xalla ikinci, İspaniya 1514 xalla üçüncü yerdədir. Dördüncü sıradakı İran seçməsinin 1 469 xalı var. İlk beşliyi 1 439 xalla Argentina millisi qapayır.

Seçmə komandamız isə 139 ölkə arasında 1 139 xalla 29-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Türkiyə seçməsi sözügedən reytinqdə 936 xalla 97-cidir.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir