Ağcabədidə Kürdə batan ata və qızının axtarışları davam etdirilir – VİDEO

Cəmiyyət




Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfərin batması barədə daxil olan məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri əraziyə cəlb ediliblər.

Hazırda 1993-cü il təvəllüdlü Vaqif Tahir oğlu Süleymanlı və 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının batdıqları ehtimal edilən istiqamətlərdə axtarışları intensiv şəkildə davam etdirilir.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir