Avropa Olimpiya Təsnifat turniri: Bu gün Bakıda qadın güləşçilər mübarizə aparacaqlar

Cəmiyyət

Bakıda təşkil edilən Avropa Olimpiya Təsnifat turnirində bu gün qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

Oxu.Az-ın məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın beş idmançısı qüvvəsini sınayacaq.

Mariya Stadnik (50 kq) yarışa 1/4 finaldan qoşulacaq. Dünya və Avropa çempionu yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək.

Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Şimali Makedoniya) ilə qarşılaşacaq.

Jalə Əliyeva (57 kq) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir.

Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristova ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri uğursuz çıxış ediblər. Turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir