Almaniya səfiri: “Biz Azərbaycanla NATO arasında əlaqələrin möhkəmlənməsini səbirsizliklə gözləyirik” – FOTO

Siyasət

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycanla NATO arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Bu barədə diplomat özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Biz NATO-nun 75-ci ildönümünü qeyd edirik. NATO bizim ümumi təhlükəsizlik lövbərimizdir və təkcə müdafiə alyansı deyil. Biz Azərbaycanın onilliklər ərzində NATO-nun tərəfdaşı olmasını alqışlayırıq və NATO-Azərbaycan münasibətlərinin gücləndirilməsini səbirsizliklə gözləyirik”, – deyə paylaşımda qeyd edilib.

 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir