“Crocus City Hall”da terror anının daha bir dəhşətli görüntüsü: “Ora dalandır! Aşağı qaçaq” – VİDEO

Dünya

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror zamanı baş verənlərlə bağlı yeni görüntülər yayılmaqda davam edir.

Kadrların birində atışmanın yeni başladığı vaxt zaldan möcüzəvi şəkildə sağ-salamat qaçmağı bacaran insanlar əks olunub.

Videoda onların oturacaqların arxasında gizlənərək süründükləri, sonra qaçmağa çalışarkən bağlı qapılarla üzləşdikləri görünür.

Bu vaxt onlardan birinin: “Ora dalandır! Aşağı qaçaq”, – dediyi eşidilir.

Nəhayət onlar küçəyə çıxışı tapa bilirlər.

 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir