Gəncədə su kanalında meyit tapılıb

Kriminal

Gəncədə su kanalında meyit tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin baxış zamanı meyit üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyən meyitin 1969-cu il təvəllüdlü Tahir Hüseynov olması məlum olub.

Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir