Ağsuda qəza: Xəsarət alanlar var

Cəmiyyət

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, rayonun Qaraqaşlı kəndi ərazisində KIA markalı minil avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Qəza zamanı Ağsu rayon Qarağac kənd sakinləri 2006-cı il təvəllüdlü Murad Ağadur oğlu Abdullayev, 2005-ci il təvəllüdlü İnqilab Müşfiq oğlu Hüseynli və 2006-cı il təvəllüdlü Cavid  Mətləb oğlu Soltanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir