Xaçmaz dəmiryol stansiyasında ölümlə nəticələnən qəza baş verib

Cəmiyyət


Bu gün saat 14:15-də “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil drezinin qarşısına çıxıb.

Oxu.Az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir