Ağdamda evin zirzəmisindən silah-sursat tapılıb

Cəmiyyət


Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin zirzəmisindən 6 ədəd avtomat, bir ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursat aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir