GUAM-ın müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkisini izləyəcək

Cəmiyyət


GUAM-ın müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkisini izləyəcək.

Bu barədə Secki-2024.az saytı xəbər verib.

Bildirilib ki, 5 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatoru Teymuraz Kiladze daxildir.

Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir