Cəlilabadda ikiotaqlı ev yanaraq kül olub

Cəmiyyət


Cəlilabadda ikiotaqlı ev yanaraq kül olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə rayonun Uzuntəpə kəndində 1991-ci il təvəllüdlü Fikrət Nəsirova məxsus ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli iki otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanaraq kül olub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir