Xocavənddə yük avtomobili aşıb, sürücü ölüb

Kriminal


Xocavənd rayonunda yük avtomobili aşıb, sürücü ölüb.

resmixeber.az xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.

Abşeron rayon sakini 1979-cu il təvəllüdlü Həsənov Adil Qardaşxan oğlu idarə etdiyi “Hova” markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə yük avtomobili aşıb. Sürücü A.Həsənov hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir