BDU-nun professoru vəfat etdi – FOTO

Cəmiyyət


Bakıda professor vəfat edib.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru Azər Əhmədov dünyasını dəyişib.

Bu barədə universitetin sosial şəbəkə hesablarında məlumat verilib.

Bildirilib ki, Azər İnşalla oğlu Əhmədov 29 aprel 1964-cü ildə anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirib. 1992-1995-ci illərdə Fizika fakültəsinin Nəzəri Fizika kafedrasının aspirantı olub.

1996-cı ildə namizədlik, 2016-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 2007-2022-ci illərdə Nəzəri Fizika kafedrasında dosent, 2022-ci ildən isə professor vəzifəsində çalışıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir