ADMİU-nun yeni teatr binası harada tikiləcək?

Cəmiyyət


Bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üçün teatr binasının tikintisinin nəzərdə tutulması ilə bağlı məlumat yayıb.

Artıq qurumun Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tikinti işləri ilə bağlı hazırlıqlara başlayıb.

Bəs teatr binası harada tikiləcək? 

Məsələ barədə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, teatr binası Bakı şəhəri Yasamal rayonu, Akademik Lətif İmanov küçəsi, 6 ünvanında inşa olunacaq. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən isə resmixeber.az-a bildirilib ki, təhsil ocağının nəzdində Səda Tədris Teatrı fəaliyyət göstərib:

“Artıq bir neçə ildir ki, teatrın binası qəzalı və istifadəyə yararsız vəziyyətdə idi. Bir neçə gün öncə Elm və Təhsil Nazirliyi ADMİU-nun teatr binasının tikilməsi ilə bağlı müsabiqə elan edib. Müsabiqənin nəticələrinə uyğun olaraq, tikinti işlərinin Səda Tədris Teatrının yerində aparılması nəzərdə tutulur”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir