Qərb bölgəsində əsən güclü külək bəzi fəsadlar yaradıb

Cəmiyyət


Qərb bölgəsində güclü külək əsir, bəzi fəsadlar yaranıb.

“resmixeber.az”un məlumatına görə, axşam saatlarından başlayaraq Qərb bölgəsində güclü külək əsməyə başlayıb.

Bölgədə güclü külək səbəbindən ağaclar sınıb, təsərrüfata zərər dəyib.

Gəncə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Yaxın rayonlarda da bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Həmçinin mərkəzi meydanda quraşdırılan yolka aşıb. Qısapanma səbəbindən transformatorlardan birində yanğın da olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub

Hazırda küləkli hava şəraiti davam edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir