“Neftçi” Türkiyədə təlim-məşq toplanışı keçirəcək – VİDEO

Dünya


“Neftçi” komandası qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Yanvarın 4-dən 14-dək Antalyanın Belek bölgəsinə yollanacaq kollektivin bu müddət ərzində iki yoxlama matçı baş tutacaq.

Oyunların təqvimi və rəqiblər barədə hələ ki, məlumat yoxdur.

Xatırladaq ki, “Neftçi” son matçını Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”a qarşı keçirib. Bu görüşdə 4-0 hesabı ilə güclü olan flaqman 1/4 finala adlayıb.

“Ağ-qaralar”ın buradakı rəqibi “Sumqayıt” kollektivi olacaq. Ölkə çempionatında isə son oyununu “Qarabağ”a qarşı keçirən “Neftçi” 2-0 hesabı ilə məğlub olub. Bu nəticədən sonra 25 xalı olan paytaxt təmsilçisi turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda lider “Qarabağ”dan 13 xal geri qalır. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir