Qəzaya düşən 15 yaşlı motosikletçi xəstəxanada öldü

Cəmiyyət


Dekabrın 10-da Masallı rayonunda motosikletlə ağır qəza törədən 15 yaşlı oğlan xəstəxanada vəfat edib.

resmixeber.az xəbər verir ki, Masallı-Köçəkli yolunun Təkdam kəndindən keçən hissəsində 15 yaşlı Əjdər İbrahimovun sürdüyü “İj” markalı motosiklet mikroavtobusa çırpılıb.

Nəticədə yeniyetmə ağır xəsarət alıb və Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tibbi yardıma baxmayaraq, 2008-ci il təvəllüdlü Ə.İbrahimov ötən gün vəfat edib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir