Azərbaycan futzal millisi Niderlanda məğlub olub

Dünya


Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində son oyununu keçirib.

resmixeber.az xəbər verir ki, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşıb.

Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb. 3:0 hesablı qələbə qazanan Niderland seçməsi 9 xalla qrupu ikinci pillədə başa vurub və pley-offa vəsiqə əldə edib.

Yığmamız isə hesabındakı dörd xalla sonuncu yeri tutub.

Qrupun digər matçında Qazaxıstan səfərdə Rumıniyanı 2:0 hesabı ilə məğlub edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir