Gələn il Ukrayna bir milyon FPV pilotsuz uçuş aparatı istehsal edəcək

Dünya


Gələn il Ukrayna bir milyon FPV (First Person View) pilotsuz uçuş aparatı istehsal edəcək.

Bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bəyan edib.

Onun sözlərinə görə, bu ayın əvvəlindən Ukrayna artıq 50 mindən çox dron istehsal edib.

“FPV dronlarına əlavə olaraq gələn il biz 10 min vahiddən çox ortamənzilli və 1000 kilometr uçuş məsafəsi olan 1000-dən çox aparat istehsal edə bilərik. Bütün istehsal müəssisələri hazırdır, biz gələn il üçün müqavilələri yerinə yetirməyə başlayırıq”, – deyə ukraynalı nazir əlavə edib.

Qeyd edək ki, FPV dronları kamera ilə təchiz edilmiş kvadrokopterlər və ya çoxrotorlu pilotsuz uçuş aparatlarıdır və pilotun cihazına real vaxt rejimində video ötürür.

Mənbə: Forbes.ua

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir