“Real Madrid”in müdafiəçisinin aldığı zədə BİLİNDİ

Dünya


David Alabanın “Vilyarreal”la oyunda çarpaz bağı zədələnib.

Məlumata görə, “Real Madrid”in müdafiəçisi Alaba böyük ehtimalla mövsümün qalan hissəsini buraxmalı olacaq. Avstriya millisi ilə AVRO-2024-ə səfər də böyük sual altındadır.

Qeyd edək ki, bu, Madrid təmsilçisi üçün cari mövsümdə üçüncü belə zədədir: Tibo Kurtua və Eder Militao daha əvvəl çarpaz bağlarını zədələyiblər.

Mənbə: RİA novosti

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir