Ukrayna SQ baş komandanının otağında dinləmə cihazı aşkar edilib

Dünya


Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnının kabinetində dinləmə cihazı aşkar edilib.

Ukrayna mətbuatı bu barədə hərbi dairələrdəki mənbəyə istinadən məlumat verib.

Qeyd olunur ki, dinləmə cihazı generalın otağı növbəti iş gününə hazırlanarkən aşkar edilib.

Mütəxəssislər bildiriblər ki, aşkarlanan məlumat oxuyan qurğular quraşdırıcını müəyyən etməyə imkan verməyən naməlum tipli elementlərdən hazırlanıb.

Hələlik Ukrayna tərəfi məsələni şərh etməyib.

Mənbə: RBK Ukraina

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir