İsrail ordusu “Hizbullah”ın BMT obyektləri yaxınlığındakı mövqelərdən hücum etdiyini açıqladı

Dünya


“Hizbullah” partiyasının silahlı qanadı BMT-nin Livandakı sülhməramlı missiyasının obyektlərinin 130 metrliyindəki mövqelərdən İsraili atəşə tutub.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında bildirilib.

“Bu həftə artıq ikinci dəfədir ki, “Hizbullah” İsrailə doğru bir neçə raket atıb. Onlardan biri BMT kompleksinin 130 metrliyindən buraxılıb. Bundan əlavə, bu ərazidən İsrailə doğru əlavə atışlar da olub”, – deyə bəyanatda qeyd edilib.

“BMT obyektlərinin yaxınlığındakı ərazilərdən atəş açmağa davam etməklə “Hizbullah” sistematik olaraq BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozur və bununla da BMT-nin Livandakı personalının həyatını təhlükəyə atır”, – deyə vurğulanıb.

Ordunun dərc etdiyi materiallara görə, atış qurğularından təxminən 150 metr aralıda, hətta bir məktəb də olub.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir