Baba Rzayev Qafqazın ən böyük istilik-elektrik stansiyasının istifadəyə veriləcəyi tarixi açıqladı

Cəmiyyət


“2025-ci ilin birinci yarısında Qafqazın ən böyük istilik-elektrik stansiyası istifadəyə veriləcək”.

resmixeber.az xəbər verir ki, bunu “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev deyib.

B.Rzayevin sözlərinə görə, hazırda stansiyanın tikinti işləri qrafikə uyğun aparılır:

“Azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinin isə salınması üzərində işlər gedir. Yaxın zamanlarda yeni açılışların şahidi olacaqsınız.

Cəbrayılda da bp şirkəti ilə birlikdə 200 mVt gücündə Günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Tikinti işlər başlamaq ərəfəsindədir”.

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir