Emin Əmrullayev məktəbəqədər təhsillə bağlı əsas hədəflərini açıqlayıb

Cəmiyyət


Məktəbəqədər təhsilə uşaqların cəlbi və əhatəliliyinin artırılması əsas hədəflərdəndir.

“resmixeber.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu göstərici 37%-dir:

“Biz digər inkişaf edən ölkələrdən geri qalırıq. Amma yaxşı hal odur ki, istiqamət olaraq bu rəqəmi 16%-dən 37%-ə yüksəltmək də yaxşı nəticədir. 37%-in yarısı da alternativ məktəbəqədər təhsil modelləri ilə həll olunur”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir