Almaniyada “yeni era” “böhran rejimi” ilə əvəzləndi

Dünya


Almaniyada 2023-cü ilin sözü “böhran rejimi” mənasını verən “Krisenmodus” olub.

Bu barədə Alman Dili Cəmiyyəti bəyan edib.

Təşkilat ilin sözlərinin reytinqinə dair hesabatında qeyd edir ki, cəmiyyət böhranlar, qeyri-müəyyənlik, qorxu və insanların gündəlik həyatını xarakterizə edən bir çox neqativ emosiyalarla əhatə olunub.

“Siyahı reallığı əks etdirir və reallıq hazırda olduqca acınacaqlıdır”,  – deyə Alman Dili Cəmiyyətindən bildirilib.

Maraqlıdır ki, Almaniyada keçən ilin əsas sözü “yeni dövrün gəlişi” kimi tərcümə olunan “Zeitenwende” idi.

Mənbə: Der Spiegel

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir