Kriştianu Ronaldu karyerasının 1200-cü matçını qolla qeyd etdi – FOTO

Dünya


Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Liqasının XVI turunda “Ən-Nəsr” klubunun “Əl-Riyad”a qarşı keçirdiyi matçda karyerasının 1200-cü matçına çıxıb.

“Ən-Nəsr” komandasında çıxış edən portuqaliyalı futbolçu onun üçün mənalı olan bu görüşdə rəqib qapısına yol tapmağı bacarıb.

Əl-Avval Park Stadionunda baş tutan qarşılaşmada “Ən-Nəsr” ötən həftə “Əl-Hilal” derbisindəki məğlubiyyətdən sonra çıxdığı ilk oyununda rəqibini 4-1 hesabı ilə məğlub edib.

“Ən-Nəsr”ə qələbə qazandıran qolları isə Anderson Taliska (2), Kriştianu Ronaldu və Otavio vurublar. Qonaq komandanın yeganə qolu Andre Qreydən gəlib.

Matçda komandasının ilk qolunu vuran 38 yaşlı Ronaldu bununla da klub və milli komanda karyerasındası qollarının sayını 868-ə yüksəldib.

“Ən-Nəsr” isə bu nəticə ilə xallarını 37-yə yüksəldərək, 2-ci sıradakı yerini qoruyub.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir