Geniş yayılan maskalanmış depressiya nədir? – Psixoloqdan XƏBƏRDARLIQ + FOTO

Cəmiyyət


İnsanlar arasında halsızlıq, gündəlik özünü enerjisiz hiss etmək halları çoxalmaqdadır. Bəziləri bunu yuxusuzluqla, bəziləri iş yükünün ağırlığı ilə əlaqələndirir.

Bəs əsl səbəb nədir?

Psixoloq Elmir Əkbər Bizim.media-ya bildirib ki, insanlar günboyu özünü yorğun, halsız hiss etdiklərində, səhərlər yuxudan dura bilmədikdə, elə bilirlər ki, bu, normal haldır:

“Əsl həqiqət tamamilə fərqlidir. Bunun əsas səbəblərindən biri maskalanmış depressiyadır. Ümumdünya Səhiyyə Təşkilatından da dəfələrlə bildirilib ki, koronavirus pandemiyasından sonra maskalanmış depressiya geniş yayılıb. Maskalanmış depressiya zamanı insanın qidalanması pozulur, o, yemək sindromundan əziyyət çəkir, bəzən heç dadını hiss eləmədiyi şeyləri belə yeyə bilir.

İkinci əsas səbəb, cinsəl problemlərdir. Bu, xüsusilə kişilər arasında yayılıb, adı isə erektil disfunksiyadır. Qadınlarda isə bu, vaginizm, frigidlik kimi özünü göstərir.

Üçüncüsü isə, yuxu problemidir. Ümumilikdə isə günboyu özünü enerjisiz hiss etmək bütün depressiyaların simptomlarından biridir. Adam da var ki, gecəyarı güclü ürək döyüntüsü və təşvişlə yuxudan oyanır. Sadaladığım halları özündə müşahidə edən şəxslər həkim-psixoterapevtə müraciət etməlidirlər”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir