Ötən il üç minə yaxın qurumuş ağac kəsilib

Cəmiyyət


“Son illər respublikanın bəzi ərazilərində və paytaxtda ağacların kütləvi quruması halları müşahidə edilir”.

resmixeber.az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin müdiri Fariz Qasımov “Ekspert saatı”nda deyib.

Fariz Qasımov bildirib ki, bu məsələ ilə bağlı zəruri olan bütün monitorinqlər aparılıb:

“Bu hallar əsasən xəstəlik və ziyanvericilərin yaratdığı fəsadlar səbəbindən baş verib. Bakının Xəzər, Nərimanov, Binəqədi rayonu ərazisində ağacların kütləvi quruma halları müşahidə edilib. Bununla bağlı aidiyyəti qurumlar məsələ ilə bağlı məlumatlandırılıb, xaricdən dəvət olunan mütəxəssislər də monitorinqlərdə iştirak ediblər. 

Monitorinqlər zamanı müəyyən olunub ki, buna xəstəlik və zərərvericilər səbəb olub. Həmin quru ağacların götürülməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq rəylər verilib. Rəy əsasında ötən il üç minə yaxın quru ağac götürülüb, həmin ərazilər dərman preparatları ilə dezinfeksiya edilib, daha sonra yerinə yeni tinglər əkilib”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir