Laçında infrastrukturu yenidən qurulan xəstəxanadan bağlantı – VİDEO

Cəmiyyət


Laçın şəhəri azad edildikdən dərhal sonra təmir-bərpa işlərinə başlanılan ən vacib obyektlərdən biri də “Laçın Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin binasıdır.

AzTV-nin Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, işğal müddətindən dağıdılan xəstəxananın binasında infrastruktur yenidən qurulur.

Bir korpus, üç mərtəbədən ibarət olan xəstəxana binasında tikinti işləri yekunlaşmaq üzrədir. Yeni köməkçi binalar da inşa edilir.​

İcraçılar bildiriblər ki, yaxın gələcəkdə xəstəxana Laçın sakinlərinin istifadəsinə veriləcək.

Bu barədə daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir