Ərdoğan: “Qüds bizim qırmızı xəttimizdir”

Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanında keçirilən 8-ci növbədənkənar Zirvə Toplantısında çıxış edib.

Türkiyə liderinin sözlərinə görə, Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin olunmalıdır.

“Qüds bizim qırmızı xəttimizdir”, – deyən R.T.Ərdoğan Fələstin üçün fond yaradılmasını da təklif edib.

Zirvə toplantısında çıxış edən R.T.Ərdoğan Qərbin ikili standartlarını da tənqid edib.

“Qərb və ABŞ guya müdafiə etdikləri dəyərləri indi görməzdən gəlirlər”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir