Səkkiz yaşlı qız kələm şorabasından zəhərlənərək öldü

Cəmiyyət


Biləsuvar rayonunda uşaq kələm şorabasından zəhərlənərək ölüb.

resmixeber.az-ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Tellixanım Məmmədli ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. T.Məmmədliyə göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun ev şəraitində hazırlanan kələm şorabasından zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir