Bakıda “Prius” piyadanı vurub

Cəmiyyət


Bakıda, metronun “Nizami” stansiyasının yaxınlığında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, “Toyota Prius” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumata görə, piyada yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilirb.

Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli resmixeber.az-a bildirib ki, sözügedən qəza ilə bağlı araşdırma aparılır:

“Qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Piyada xəsarət alıb. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir