Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA – FOTO

Cəmiyyət


Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Qurumun mətbuat katibi Xanlar Xanlarzadə resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, sual Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanmayıb:

“Qeyd olunan sualın DİM-in test bankına aidiyyəti yoxdur. Sadəcə bizimlə dəqiqləşdirmə aparılmadan paylaşıblar”.

Qeyd edək ki, sosial şəbəkələrdə özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanında müğənni Hissin “Mars” adlı mahnısındakı “mahnılarım qızıldır, paslanmır” sözləri yer alıb. 

Sözügedən sual müzakirələrə səbəb olub. 

Bildirilib ki, onlar nə üçün tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edildiyini soruşublar.

İddia edilib ki, həmin suallar Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanıb.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir